Zaqatala

Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840-cı ildən şəhər adlandırılmışdır. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. E.ə. VII (7-ci) əsrin əvvəlində Kimmer — Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi Rayon ərazisində 252 mədəniyyət obyekti (mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu. Tarixi abidə və s.) var. "Aygün" müstəqil televiziya şirkəti 1993-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda televiziyada 6 nəfər çalışır. "Aygün" televiziyası təkcə Zaqatala rayonunda deyil, o cümlədən Şəki, Qax və Balakən rayonlarında da yayımlanır. "Aygün" televiziyasında yayımlanan verilişlərdə vətənpərvərlik, dövlətçilik, milli adət-ənənələrimiz, rayonda, eləcə də bölgədə aparılan tikinti-abadlıq və quruculuq səliqə-sahman işləri, sosial problemlərin həlli istiqamətində görülən işlər üstünlük təşkil edir. Zaqatala" qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər "Zaqatala kəndlisi" adlanan qəzet sonralar "Kolxozun səsi", "Bolşevik kolxozu uğrunda", "Qırmızı bayraq" və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə "Zaqatala" adı ilə fəaliyyətini davam etdirir. Hal-hazırda "Zaqatala" qəzeti redaksiyasında 5 nəfər çalışır. "Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən Zaqatala ərazisində feodal münasibətləri XVIII əsrin sonlarına kimi saxlanılsa da, o, burada özünü nəsil mənsubiyyətinə əsaslanan xüsusi camaatlıq formasında göstərmişdir. Bununla görə də, sosial-siyasi və məişət şərtləri, həmçinin sərt təbiət şərtləri şəhərin memarlıq xüsusiyyətlərində öz izlərini buraxmışdır.[3] İnşaat materiallarının xüsusiyyətləri də həmçinin Zaqatala şəhərinin memarlıq simasının formalaşmasına ciddi təsir göstərmişdir. Zaqatala şəhəri və kəndlərində yaşayış binaları bir-birindən əhəmiyyətli dərəcədə uzaqlıqda yerləşməklə əksər hallarda müşahidə qüllələri və ya qala divarları ilə əhatə olunurdu.[3] Bu cür evlər evlər qapalı həyətə malik olmamaqla məişət tikililərindən də məhrum olur, həmçinin, təhlükə yaranacağı halda ev sakinlərinin sığınması üçün müdafiə qülləsinin düz yanında yerləşirdi.[3] Zaqatalanın yaşayış evlərinin ağır monumentallığa meyilli, inşaatda iri kobud daşlar, çaydaşları və kərpiclərin orqanik şəkildə əlaqələndirilməsi ilə xarakterik olan memarlığı ətraf dağların peyzajı ilə orqanik şəkildə uyğunluq təşkil edir.[3] Böyük kölgəli ərazi yarada açıq verandaların arkadaları, xarici pilləkənlərin həcmləri, kərpic hörgülərinin özünəməxsus dekor elementləri, yaşımtıl-boz çaydaşı və qırmızı kərpic hörgünün kirəmit dam örtüyü ilə tamamlanması ətrafdakı yaşıllıqlar fonunda qeyri-adi rəngarəng memarlıq mühiti yaradır.[4] Zaqatalanın bir və iki mərtəbəli yaşayış evləri üçün xarakterik olan əsas memarlıq elementi, əsas fasadda yerləşən, geniş bir və ya iki yaruslu arkada və ya ikinci mərtəbədə taxta kollonada ilə səhədlənən açıq verandalardır.[5] Yaşayış binalarının inşası zamanı sərt şəkildə cənub və y cənub-şərq istiqamətinin gözlənildiyi digər Azərbaycan rayonlarından fərqli olaraq, Zaqatalada evlər müxtəlif istiqamətə baxır.[4] Zaqatala evlərinin interyerlərinin həllində rəflərin ümumiyyətlə olmaması, nişlərin (camaxudan) isə nadir hallarda rast gəlinməsi diqqət çəkir.[5] Evlərin interyerində geni və böyük buxarı mühüm yer tutur. Buxarı qazan asılması üçün daha enli hazırlanırdı.

Sign In