Haqqımızda

Zaqatala Turizm Bələdçisi

Zaqatala – təbiəti, tarixi və mədəniyyəti ilə Azərbaycanın ən gözəl bölgələrindən biridir. Saytımızın əsas məqsədi Zaqatalaya gələn turistlərin bu gözəl bölgəni rahat və dolğun şəkildə kəşf etməsinə kömək etməkdir. Burada siz Zaqatalada yerləşən hotellər, restoranlar, kafelər, gəzməli və görməli yerlər, gündəlik kirayə evlər, apteklər və digər xidmətlər haqqında ətraflı məlumat tapa bilərsiniz.

Saytımız vasitəsilə təqdim edilən məlumatlar daim yenilənir və turistlərin ehtiyaclarına uyğun şəkildə formalaşdırılır. İstər istirahət məqsədilə, istərsə də işgüzar səfərlər üçün Zaqatalanı ziyarət edirsinizsə, burada lazım olan bütün məlumatlar bir arada təqdim olunur.

Diqqət! Məsuliyyətə dair bildiriş.

Zaqatala.info olaraq, biz yalnız informasiya platforması kimi fəaliyyət göstəririk. Saytımızda yerləşdirilən hotellər, restoranlar, gündəlik evlər və digər xidmətlər haqqında verilən məlumatlar üçüncü tərəflər tərəfindən təqdim olunur. Bu xidmətlərdən istifadə zamanı yaranan hər hansı maddi və ya hüquqi məsələlərə görə saytımız məsuliyyət daşımır.

Turistlərə tövsiyəmiz budur ki, hər hansı xidmət üçün öncədən ödəniş etməzdən əvvəl həmin xidmət təminatçısı ilə birbaşa əlaqə saxlayaraq bütün detalları dəqiqləşdirsinlər. Həmçinin, hər hansı bir narazılıq və ya problem yaranarsa, bu məsələlər həmin xidmətin birbaşa təchizatçısı ilə həll edilməlidir.

Məqsədimiz Zaqatalaya gələn qonaqların bu bölgədə rahat, təhlükəsiz və xoş bir zaman keçirməsinə dəstək olmaqdır. Biz daim məlumat bazamızı yeniləyir və turistlərə ən doğru, dolğun və faydalı informasiyanı təqdim etməyə çalışırıq.

Zaqatalanın gözəlliyini kəşf etmək və unudulmaz anlar yaşamaq üçün doğru ünvandasınız. Ümid edirik ki, saytımız vasitəsilə sizə lazım olan bütün məlumatları rahatlıqla tapa biləcəksiniz. Səyahətiniz xoş və təhlükəsiz olsun!

Informasiya

Saytımız vasitəsilə təqdim edilən məlumatlar daim yenilənir və turistlərin ehtiyaclarına uyğun şəkildə formalaşdırılır. İstər istirahət məqsədilə, istərsə də işgüzar səfərlər üçün Zaqatalanı ziyarət edirsinizsə, burada lazım olan bütün məlumatlar bir arada təqdim olunur.


Sign In